“Wild card”ların sahibləri dəqiqləşdi
05.10.2011 - 18:13
“Wild card”ların sahibləri dəqiqləşdi
Qadın voleybolçular arasında Dünya Kubokunda iştirak edəcək 12 milli komandanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu gün Beynəlxalq Voleybol Federasiyası “wild card”la yarışa qatılacaq yığmaları rəsmi elan edib.

Bunlar İtaliya və Argentina voleybolçularıdır.

Qeyd edək ki, Dünya Kuboku noyabrın 4-18-də Yaponiyada keçiriləcək və London-2012-yə lisenziya xarakteri daşıyacaq. Burada yekunda ilk “3-lük”də qərarlaşacaq komandalar Olimpiadaya yollanacaq.

1. Yaponiya (ev sahibi kimi)
2. Serbiya (Avropa çempionu)
3. ABŞ (Şimali Amerika çempionu)
4. Braziliya (Cənubi Amerika çempionu)
5. Çin (Asiya çempionu)
6. Keniya (Afrika çempionu)
7. Almaniya (Avropa çempionatının 2-cisi kimi)
8. Dominikan Respublikası (Şimali Amerika çempionatının 2-cisi kimi)
9. Koreya (Asiya çempionatının 2-cisi kimi)
10. Əlcəzair (Afrika çempionatının 2-cisi kimi)
11. İtaliya (wild card)
12. Argentina (wild card)
0