“Bakı” “Makron Cup 2011”in ilk qalibi oldu
06.10.2011 - 15:56
“Bakı” “Makron Cup 2011”in ilk qalibi oldu
“Bakı” voleybol klubu Türkiyədə yeni tarix yazıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da debüt edəcək paytaxt komandası təlim-məşq toplanışında olduğu qonşu ölkədə “Makron Cup 2011” turnirinin qalibi adını qazanıb.

İlk dəfə keçirilən və bundan sonra ənənəvi olacaq yarışda “Bakı” “Barutlar İnşaat Çerkezköy”ü 3:0 hesabı ilə məğlub ediblər. Birinci və ikinci setdə 25:17 hesabı ilə qələbə qazanan voleybolçularımız son hissədə 25:23 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Bakı” “Çelenc Cup”da Kipr “Famagusta” klubu ilə hər 2 matçı paytaxtımızda keçirəcək.
0