“Bakı” Fransa klubunu paytaxtımıza gətirir
10.10.2011 - 08:58
“Bakı” Fransa klubunu paytaxtımıza gətirir
“Bakı” voleybol klubu “Çelenc Cup”a uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, avrokubokda debüt edən paytaxt komandası Kiprin “Famaqusta” klubunu mübarizədən kənarlaşdırıb.

Bakıda baş tutan I təsnifat mərhələsinin hər 2 görüşündə voleybolçularımız 3:0 hesabı ilə qalib gəliblər. Nəticədə növbəti mərhələyə yüksələn “Bakı” Fransanın “Evre” komandası ilə qarşılaşacaq.


I təsnifat mərhələsi

“Bakı” – “Famaqusta” – 3:0 (25:7, 25:7, 25:8)
“Famaqusta” - “Bakı” – 0:3 (10:25, 9:25, 16:25)

Qeyd edək ki, “Çelenc Cup”da ölkəmizi təmsil edən digər klubumuz – “Lokomotiv” də II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
0