“Rabitə” rəqiblərinin oyununu izlədi
10.10.2011 - 09:56
“Rabitə” rəqiblərinin oyununu izlədi
Azərbaycanın son 4 ildə dəyişməz çempionu, CEV Avropa Çempionlar liqasının gümüş mükafatçısı “Rabitə” voleybol klubu Qətərdə klublararası dünya çempionatına hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, voleybolçularımızın yer aldıqları B qrupunda “Sollis Nestle” (Braziliya) – “Çanq” (Tayland) görüşü baş tutub.

Zoran Qayiç yetirmələri 3:1 (25:17, 25:21, 24:26, 26:24) hesabı ilə braziliyalıların xeyrinə başa çatan matçı canlı izləyiblər.
Qeyd edək ki, dünya çempionatının “ölüm qrupu”nda yer alan komandamız ilk oyun oktyabrın 11-də baş tutacaqdır. Rəqibimiz ilk oyunda məğlubiyyət acısı yaşayan “Çanq” olacaq.
0