Azərbaycan çempionu adını tarixə yazdırır!
10.10.2011 - 11:42
Azərbaycan çempionu adını tarixə yazdırır!
Bakının “Rabitə” voleybol klubu sabah Qətərdə keçirilən klublararası dünya çempionatında debüt edəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının finalçısı kimi möhtəşəm yarışa vəsiqə qazanan paytaxt komandası bununla da adını Azərbaycanın idman tarixinə yazdıracaq.

Onlar indiyədək təmsil olunmadığımız dünya çempionatının B qrupunda mübarizə aparacaqlar. Zoran Qayiçin yetirmələri ilk matçlarında Asiya çempionları “Çanq”ı sınağa çəkəcəklər. Növbəti rəqib isə Cənubi Amerikanın ən güclüsü “Sollis Nestle” olacaq.

“Rabitə” ilk dəfə qatıldığı çempionatı yalnız qalib kimi başa vurmağı hədəfləyib. Komandamızın güclü heyəti də bu arzunu reallaşdırmaq gücündədirlər. Düzdür, Azərbaycan çempionun amerikalı legionerləri - Kimberli Qlass və Meri Spayser yığması ilə birgə Yaponiyada keçiriləcək Dünya Kubokuna (8-14 noyabr) hazırlaşdıqlarından “Rabitə”nin düşərgəsində deyillər. Amma buna baxmayaraq, təmsilçimizin adı Dohada favoritlər sırasındadır.

“Rabitə”nin yer aldığı qrupda isə artıq bir matç baş tutub. “Sollis Nestle” (Braziliya) – “Çanq” (Tailand) qarşılaşmasında birincilər güclü olublar.

Tailand voleybolçuları isə debütdə uduzduqlarında komandamıza qarşı bütün gücünü ortaya qoyacaq. Çünki rəqib bu dəfə də uduzacağı halda mundialla vidalaşacaq. Lakin yarışa qələbə ilə başlamağı planlaşdıran “Rabitə”nin onların istəklərinin həyata keçirməsinə imkan verməyəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinalda qrupda 1-ci yerin sahibi digər qrupun ikincisi ilə qarşılaşacaq.


A qrupu

8 oktyabr
“Vakıfbank Günəş TTelekom” (Türkiyə) – “Mirador” (Dominikan Respublikası) – 3:0 (25:13, 15:19, 25:14)

10 oktyabr
12:00. “Kenya Prisons” (Keniya) - “Mirador” (Dominikan Respublikası)

12 oktyabr
19:00. “Vakıfbank Günəş TTelekom” (Türkiyə) – “Kenya Prisons” (Keniya)

B qrupu

9 oktyabr
“Sollis Nestle” (Braziliya) – “Çanq” (Tailand) - 3:1 (25:17, 25:21, 24:26, 26:24)

11 oktyabr
17:00. “RABİTƏ” (AZƏRBAYCAN) - “Çanq” (Tailand)

12 oktyabr
17:00. “Sollis Nestle” (Braziliya) - “RABİTƏ” (AZƏRBAYCAN)

Yarımfinal

13 oktyabr
12:00. A1 – B2
19:00. B1 – A2

14 oktyabr
12:00. Üçüncü yer uğrunda
19:00. FİNAL
0