Mira Qoluboviç: Bizim heyətə ancaq qələbə yaraşır
11.10.2011 - 11:03
Mira Qoluboviç: Bizim heyətə ancaq qələbə yaraşır
“Bu turnir dünyanın ən nüfuzlu yarışı hesab olunur. Belə bir çempionatın bir hissəsi olmaq insana olduqca xoşdur. Hər idmançı karyerası ərazində belə turnirlərdə iştirak etmək şansına sahib olmur”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.

Serbiyalı voleybolçu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında uğurlu çıxış edəcəklərinə əmindir. Qoluboviçin bildirib ki, heyətləri çox güclü olsa da, rəqiblərinə hörmətlə yanaşırlar: “Biz komanda şəklində ciddi hədəflər arxasınca addımlayırıq. Mən qızlarımıza inanıram. Belə heyətə ancaq qələbə yaraşır. Amma bu o demək deyil ki, rəqiblərimizi düzgün qiymətləndirməməliyik. Bu voleyboldur, xüsusən də söhbət qadınlardan gedirsə, gərək nəzarəti əldən verməyəsən. Azarkeşlərimizə sevinc yaşatmaq niyyətindəyik. Onlar bizi həmişə və hər yerdə olduqca ürəkdən dəstəkləyirlər. Fanatlarımızı çox sevdiyimizi və qələbələrlə sevindirmək istədiyimizi demək istəyirəm. Dəstəklərinə ehtiyacımız var”.

Qeyd edək ki, B qrupunda yer alan “Rabitə” bu gün “Çanq”la (Tailand) qarşılaşacaq.
0