Natalya Məmmədova: Bu gün ən yaxşı oyunumuzu göstərdik
11.10.2011 - 19:15
Natalya Məmmədova: Bu gün ən yaxşı oyunumuzu göstərdik
“Biz bu qələbədən çox məmnunuq. Komandamız üçün belə başlanğıc əla oldu”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Rabitə” voleybol klubunun kapitanı Natalya Məmmədova deyib.

Voleybolçularımız bu gün klublararası dünya çempionatında Tailandın “Çanq” komandasını 3:1 hesabı ilə məğlub edib. “Rabitə”nin kapitanı bildirib ki, asiyalılara qarşı ən yaxşı oyunlarından birini göstəriblər: “Bir neçə oyunçumuz yenicə öz yığmalarından qayıdıb. Hətta biz bu yarışa elə də yaxşı hazırlaşa bilməməyimizə baxmayaraq, hesab edirəm ki, ən yaxşı oyunumuzu göstərdik. İkinci setdə konsentrasiyanı itirsək də, çox qısa bir müddətdə özümüzü toparlaya bildik”.
0