Zoran Qayiç ilk sınaqdan razı qaldı
11.10.2011 - 19:20
Zoran Qayiç ilk sınaqdan razı qaldı
“Qələbədən çox razıyam. Bu oyun yaxşı bir sınaq oldu. Çünki bəzi voleybolçularımız debüt görüşünə çıxdılar”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rabitə”nin baş məşqçisi Zoran Qayiçə məxsusdur.

Serbiyalı mütəxəssis klublararası dünya çempionatında “Çanq” (Tailand) komandasına 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini açıqlayıb: “Komandam 5 ay idi ki, bir yerdə oynamırdı. Təəssüf ki, biz mundiala yaxşı hazırlaşa bilmədik. Bizim amerikalı legionerlərimiz yığmalarının düşərgəsində olduqlarına görə heyətimizdə yer almayıblar. Hesab edirəm ki, yarışı qalib kimi başa vurmaq üçün daha çox müdafiədən oynamalı və az səhv etməyə çalışmalıyıq”.

Qeyd edək ki, “Rabitə”nin voleybolçuları – Kimberli Qlass və Meri Spayser ABŞ yığması ilə birgə təlim-məşq toplanışındadırlar.
0