“Çanq”ın kapitanı: Onların boyları hündür olduğundan hücuma keçə bilmirdik
11.10.2011 - 19:33
“Çanq”ın kapitanı: Onların boyları hündür olduğundan hücuma keçə bilmirdik
“Bu gün biz əlimizdən gələni etməyə çalışdıq. Lakin bizə qarşı çox yaxşı komanda oynayırdı”. Apasport.az saytının məlumatına görə, bunu “Çanq” (Tailand) klubunun voleybolçusu Vilavan Apinyaponq deyib.

Asiyalıların kapitanı klublararası dünya çempionatında Bakının “Rabitə” komandasına 1:3 hesabı ilə uduzmaqlarında özlərini günahlandırıb: “Rəqibin bir neçə voleybolçusu bizdən boyda hündür idi. Bu səbəbdən də hücuma keçməkdə çətinlik çəkirdik. Bu zaman onlar bizi asanlıqla blokda üstələyirdilər”.

Qeyd edək ki, yarışda keçirdiyi hər 2 görüşdə uduzan “Çanq” mundialla vidalaşıb.
0