Nataşa Osmokroviç: Debüt oyununa çıxdığımız üçün həyəcan hiss olunurdu
12.10.2011 - 09:03
Nataşa Osmokroviç: Debüt oyununa çıxdığımız üçün həyəcan hiss olunurdu
İlk matç olduğundan kifayət qədər məsuliyyətli, eyni zamanda əsəbi oyun oldu. Komandamıza qələbə qazanmaq lazım idi ki, bunu da bacardıq”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Rabitə” voleybol klubunun üzvü Nataşa Osmokroviç deyib.

Xorvatiyalı voleybolçu Qətərdə keçirilən klublararası dünya çempionatında ilk matçda Tailandın “Çanq” komandasına 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan razı qalıb. Osmokroviç bildirib ki, bu heç də ən yaxşı oyunları deyil: “Komanda yenidir, bizim əsl gücümüz hələ qarşıdakı oyunlarda üzə çıxacaq. Önəmli olan qələbə qazanmaq idi. Rəqibimiz kifayət qədər rəngarəng və qeyri-adi oyun üslubuna malik Asiya komanda idi. Nə qədər geridə olsalar da, ruhdan düşməyən, sona qədər mübarizə aparırdılar. Biz görüşün hər komponentində daha yaxşısına qadir olduq. Amma debüt oyununa çıxdığımız üçün biz az həyəcan hiss olunurdu”.

Osmokroviçin sözlərinə görə, güclü heyətə malik “Rabitə”nin hədəfləri böyükdür: “Burada bizi kifayət qədər azarkeş dəstəkləyir. Onlara təşəkkürümüzü bildirirəm. Bu turnir klubumuz üçün olduqca vacibdir və biz də buraya kiçik hədəflər üçün gəlməmişik. Ona görə fanatlarımızdan bu tempdə bizi dəstəkləmələrini davam etdirmələrini xahiş edərdim. Bildiyimə görə, Azərbaycandan da bizə öz dua və dəstəklərini göndərən insanlar da kifayət qədərdir. Onların dəstəyinə və duasına çox ehtiyacımız var. Azarkeşlərimizə atəşli salamlarımızı göndəririk. Hər oyunda onları sevindirməyə, oyunumuzla zövq verməyə çalışacağıq”.
0