Azərbaycanla Türkiyəni birləşdirən toy dəvətnaməsi - FOTO
12.10.2011 - 09:18
Azərbaycanla Türkiyəni birləşdirən toy dəvətnaməsi - FOTO
Azərbaycan milli komandasının və “Bakı” klubunun voleybolçusu Natəvan Qasımovanın toy günü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, gənc toppaylayıcımız “Bakı” klubunun türkiyəli sabiq vitse-prezidenti Tunc Afşarla oktyabrın 22-də ailə həyatı quracaq.

Voleybol aləmində kifayət qədər tanınmış cütlüyün artıq dəvətnamələri də hazırlanıb. Bunun üzərində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, öz şəkilləri də yer alıb.

Qeyd edək ki, Afşarla Qasımovanın toy mərasimi Bakı Əyləncə Mərkəzində olacaq.
0