“Bundan daha da yaxşı oynamağa qadirik”
12.10.2011 - 09:26
“Bundan daha da yaxşı oynamağa qadirik”
“Tailandlılar kifayət qədər gözəl oyun nümayiş etdirdilər. Onlar fərqli səviyyədə oynayan azsaylı komandalardandır və olduqca güclü oyuna malikdirlər”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “Rabitə” klubunun voleybolçusu Mira Qoluboviçə məxsusdur.

O, Qətərin paytaxtı Dohada klublararası dünya çempionatında Tailandın “Çanq” komandasına 3:1 hesabı ilə qalib gəldikləri matçla bağlı fikirlərini açıqlayıb: “Rəqibimizin burada çıxış etməsi təsadüf deyil. Biz isə ilk görüşümüzə çıxdıq. Əlbəttə ki, oyunumuzdan tam razı qala bilmərik, çünki bundan daha artığına qadirik. Amma ilk oyun üçün və həm də belə ciddi rəqibə qarşı qazanılan qələbə bizi sevindirməyə bilməz”.

Qoluboviç “Rabitə” fanatlarına mesaj da göndərib: “Azərbaycan xalqına və komandamızın pərəstişkarlarına salamlarımızı çatdırmaq, onları çox sevdiyimizi söyləmək istərdim. Bizi belə dəstəkləməyə davam etsinlər”.
0