Yığmamızın rəqibi italiyalı baş məşqçi ilə anlaşdı
12.10.2011 - 14:42
Yığmamızın rəqibi italiyalı baş məşqçi ilə anlaşdı
Qadın voleybolçulardan ibarət Bolqarıstan milli komandasına yeni baş məşqçi təyin edilib. Apasport.az saytının məlumatına görə, yığma italiyalı Marçelo Abondançə etibar olunub. Onunla 2 illik rəsmi müqavilə imzalanıb.

Abondançın ilk sınağı isə Bakıda təşkil ediləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsi olacaq. Noyabrın 8-dən 13-dək paytaxtımızda baş tutacaq yarışda Azərbaycan, Bolqarıstan, Çexiya, Ukrayna, Danimarka və Macarıstan voleybolçuları növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Bakının “Lokomotiv” klubunun çalışdırıcısı Draqutin Baltiçin Bolqarıstan yığmasından kənarlaşdırılmasından sonra bu post Dimo Tonevə həvalə edilmişdi. Lakin millinin Avropa çempionatında uğursuz çıxışı onun da bu vəzifədən getməsi ilə nəticələnmişdi.
0