Bu dəfə Nataşa Osmokroviçə çatan olmadı
12.10.2011 - 18:13
Bu dəfə Nataşa Osmokroviçə çatan olmadı
Dohada keçirilən klublararası dünya çempionatında “Rabitə” (Azərbaycan) - “Sollis Nestle” (Braziliya) matçının ən yaxşı voleybolçusunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, B qrupunun son oyununda Bakı komandasının xorvatiyalı legioneri Nataşa Osmokroviç bombardirlik keyfiyyətini nümayiş etdirib.

O, 3:2 hesabı ilə qalib gəldiyimiz oyunda “Rabitə”yə 21 xal qazandırıb.

Zoran Qayiçin yetirmələrindən Natalya Məmmədova 19, Nataşa Krsmanoviç 15, Sanya Staroviç 12, Mira Qoluboviç 13 və İrina Jukova 3 xala seviblər.

Rəqib komandanın heyətində isə Kosta Culiana sərrastlığı ilə seçilib. O, “Rabitə”dən 20 xal almağı bacarıb.

Qeyd edək ki, ilk oyunda Natalya Məmmədova ən güclü olmuşdu.
0