“Rabitə” blokda bizim hücumların qarşısını məharətlə alırdı”
13.10.2011 - 08:41
“Rabitə” blokda bizim hücumların qarşısını məharətlə alırdı”
“Biz həddən çox səhvlərə yol verdik. Bu da məğlubiyyətimizə səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Sollis Nestle” (Braziliya) kapitanı Culiana Kosta deyib.

Qadın voleybolçular arasında Dohada keçirilən klublararası dünya çempionatında Bakının “Rabitə” klubuna 2:3 hesabı ilə uduzan cənubi amerikalılar yarımfinala qrup ikincisi kimi yüksəliblər. Kosta Azərbaycan komandasına məğlubiyyətdə əsas səbəb kimi voleybolçularımızın “ikinci mərtəbədə” inamlı oyununu göstərib: “Rəqib blokda bizim hücumların qarşısını məharətlə alırdı. Bu da bizə əlavə problem idi. Ümid edirəm ki, biz bu çətinliyi məşqçimizlə həll edib, yarımfinalda qalib gələcəyik”.
0