“Sollis Nestle”nin baş məşqçisi: Azərbaycan çempionunun gücünü bilirdik
13.10.2011 - 09:00
“Sollis Nestle”nin baş məşqçisi: Azərbaycan çempionunun gücünü bilirdik
“İlk növbədə “Rabitə”yə yarımfinal oyununda uğurlar arzulayıram. Əlbəttə, biz güclü komandaya qarşı oynayacağımızı bilirdik. Mən voleybolçularımın göstərdikləri oyundan çox razı qaldım”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Braziliyanın “Sollis Nestle” klubunun baş məşqçisi Luizomar Mura deyib.

Qətərdə keçirilən klublararası dünya çempionatında Azərbaycan Super Liqasının qalibi “Rabitə” klubuna 2:3 hesabı ilə uduzan mütəxəssis məğlubiyyətlərini yarışa gənc heyətlə gəlmələri ilə əlaqələndirib: “Əsas heyətin 5 üzvü yox idi. Onların yoxluğu oyunda bilindi. Biz çox gənc komanda ilə çıxış etdik. Hesab edirəm ki, bəzi voleybolçularımız yığmamıza faydalı olacaqlar. Mən gənc oyunçularla işləməyi sevirəm. Belə səviyyədə yarış onlar üçün böyük təcrübədir”.
0