Zoran Qayiç: Bu möhtəşəm oyunu izləməyə dəyərdi
13.10.2011 - 09:03
Zoran Qayiç: Bu möhtəşəm oyunu izləməyə dəyərdi
“Biz bəzi anlarda yüksək səviyyəli voleybol nümayiş etdirdik. Bu möhtəşəm oyun idi və onu izləməyə dəyərdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Rabitə” voleybol klubunun baş məşqçisi Zoran Qayiç deyib.

Serbiyalı mütəxəssis klublararası dünya çempionatında “Sollis Nestle”yə (Braziliya) qalib gəlməklə, komandamızı yarımfinala qrup qalibi kimi çıxardı. O, qələbənin əsas səbəblərini açıqlayıb: “Rəqib müdafiədə yaxşı oynayırdı. Ancaq bizim bloklar da keçilməz idi və braziliyalılarla müqayisədə az səhv etdik. Fikrimcə, bu qələbənin əsas səbəbi oldu. Çünki rəqib oyunda çox xətalara yol verdi. Sonda hər 2 komandanı yarımfinala çıxmaq münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, “Rabitə” yarımfinalda “Mirador”la (Dominikan Respublikası) mübarizə aparacaq.
0