“Rabitə” finalda! - YENİLƏNİB
13.10.2011 - 19:49
“Rabitə” finalda! - YENİLƏNİB
Qətərin paytaxtı Dohada qadın voleybolçular arasında klublararası dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialda bu gün yarımfinal matçları baş tutub.

Bu mərhələyə qrup qalibi kimi yüksələn “Rabitə” (Azərbaycan) finala yüksəlmək uğrunda “Mirador” (Dominikan Respublikası) komandası ilə qarşılaşıb. İlk 2 oyunda Tailandın “Çanq” və mindialın son gümüş mükafatçısı Braziliyanın “Sollis Nestle” klublarına qalib gələn voleybolçularımızın bu dəfə də meydanı qələbə ilə tərk ediblər.

Rəqibimiz tailandlılar və braziliyalılarla müqayisədə elə də güclü olmayıb və Zoran Qayiçin yetirmələri onları asanlıqla məğlub ediblər. Belə ki, ilk 2 setdə 25:15 hesabı ilə qalib gələn voleybolçularımız 3-cü hissədə də çətinlik çəkməyiblər. Bu dəfə “Mirador”a cəmi 8 xal güzəştə gedən “Rabitə” oyunun yekun nəticəsini müəyyənləşdirib və ilk dəfə qatıldığı dünya çempionatında final mərhələsinə yüksəlib.

Yarımfinal

“RABİTƏ” – “MİRADOR” - 3:0 (25:15, 25:15, 25:8)

Qeyd edək ki, Bakı klubunun həlledici matçda rəqibi digər yarımfinal matçında “Sollis Nestle”ni (Braziliya) 3:0 hesabı ilə məğlub edən “Vakıfbank Günəş TTelekom” (Türkiyə) olacaq. Bununla da, Çempionlar Liqasının finalında türklərə uduzan “Rabitə” məğlubiyyətin qisasını almaq üçün əla şans qazanıb.
0