Oksana Parxomenko: Bu mövsüm böyük nəticələrə imza atacağıq
13.10.2011 - 16:14
Oksana Parxomenko: Bu mövsüm böyük nəticələrə imza atacağıq
“Yenidən “Azərreyl”ə qayıtdığım üçün çox şadam. Bu, mənim üçün böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Oksana Parxomenko deyib.

Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı təcrübəli voleybolçunun yenidən “Azərreyl”ə qayıdışı barədə maraqlı yazı hazırlayıb. Burada kapitanımızın çıxış etdikləri klublar və titullar şərh edilir. Ardınca isə Parxomenkonun yenidən Azərbaycana qayıdışı vurğulanır.

Oksana bildirib ki, “Azərreyl” bu mövsüm yenidən böyük hədəflər uğrunda mübarizə aparacaq: “Əminəm ki, biz həm Azərbaycan Super Liqasında, həm də Çempionlar Liqasında böyük nəticələrə imza atacağıq”.

Qeyd edək ki, Parxomenko son mövsümü Moskva “Dinamo”sunda keçirib.
0