Nataşa Osmokroviç - Natalya Məmmədova - 2:1
13.10.2011 - 20:06
Nataşa Osmokroviç - Natalya Məmmədova - 2:1
Qətərin paytaxtı Dohada keçirilən arasında klublararası dünya çempionatının yarımfinal matçında üz-üzə gələn “Rabitə” (Azərbaycan) – “Mirador” (Dominikan Respublikası) matçının ən yaxşı voleybolçusunun adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin yetirmələrinin asan qələbə qazandığı bu görüşün də qəhrəmanı Nataşa Osmokroviç olub.

O, qrup mərhələsinin axırıncı - “Sollis Nestle” (Braziliya) ilə qarşılaşmasında olduğu kimi yenə bombardirlikdə birinciliyi əldən verməyib. 3:0 hesabı ilə qalib gəldiyimiz matçda xorvatiyalı legionerimiz “Rabitə”nin aktivinə 19 xal yazdırıb.

Voleybolçularımızdan Sanya Staroviç 15, Yasna Maystroviç 8, Mira Qoluboviç 6, Keti Radzuveyt 3, İrina Jukova 2, Nataşa Krsmanoviç, Pelin Çelik və Dobriana Rabadjiyeva hərəyə 1 xal qazanıblar.

Zoran Qayiç “Mirador”la oyunda əsas heyətin üzvlərinə istirahət verib. Kapitan Natalya Məmmədovanın oynamadığı oyunda digər aparıcı voleybolçularımız da fasilələrlə ehtiyatda olublar.

Rəqib düşərgədə Ceoselina Rodriquez və Yelizabet Martinez daha dəqiq olublar. Onlar hərəsi komandasını 9 dəfə sevindiriblər.

Qeyd edək ki, Məmmədova “Çanq”la (Tailand) baş tutan birinci matçda bombardir adına yiyələnmişdi.
0