“İnanıram ki, dünya çempionu olacağıq”
13.10.2011 - 21:02
“İnanıram ki, dünya çempionu olacağıq”
“Bu gün çox asan qələbə qazandıq. Sabah isə bizi çox çətin bir görüş gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Rabitə” klubunun voleybolçusu Natalya Məmmədova deyib.

Paytaxt komandası Dohada keçirilən klublararası dünya çempionatının yarımfinalında “Mirador” (Dominikan Respublikası) klubuna 3:0 hesabı ilə qalib gələrək, finala yüksəlib. “Rabitə”nin kapitanı bildirib ki, həlledici oyunda da uğuru davam etdirərək, qızıl medallara sahib ola bilərlər: “Finalda rəqibimiz “Vakıfbank Günəş TTelekom” mundialda bütün matçlarını 3:0 hesablı qələbə ilə başa vurub. Biz isə hələlik əsas oyun planımızı nümayiş etdirməmişik. Taktiki cəhətdən ağıllı mübarizə aparsaq, rəqibin hücumlarının qarşısını bloklarla alsaq, inanıram ki, dünya çempionu olmaq mümkün olacaq”.
0