Keti Radzuveytin qələbə şərhi
13.10.2011 - 21:27
Keti Radzuveytin qələbə şərhi
“Qələbə qazandığımız üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Keti Radzuveyt deyib.

Azərbaycan Super Liqasının qalibi ilk dəfə qatıldığı klublararası dünya çempionatını medalla başa vuracağı dəqiqləşib. Artıq yarımfinalda “Mirador” (Dominikan Respublikası) komandasına 3:0 hesabı ilə qalib gələn “Rabitə” finala yüksəlib. Almaniyalı legionerimiz Radzuveytin sözlərinə görə, yarımfinalda elə də ciddi müqavimətlə üzləşməyiblər: “Biz bu gün “quru hesabla” qalib gəldik. O qədər də çətin olmadı. Komandamıza növbəti mərhələyə yüksəlmək çox vacib idi. Sonda isə “Mirador” gücümüz qarşısında tab gətirə bilmədi və onlar üçün çox çətin oldu”.
0