“Azərbaycan çempionuna qarşı çox pis oynadıq”
13.10.2011 - 23:05
“Azərbaycan çempionuna qarşı çox pis oynadıq”
“Rabitə”ni təbrik edirəm və onlara finalda uğurlar arzulayıram”. Apasport.az saytının məlumatına görə, bunu Qətərdə keçirilən klublararası dünya çempionatının yarımfinalında “Rabitə”yə (Azərbaycan) 0:3 hesabı ilə uduzan “Mirador” (Dominikan Respublikası) komandasının voleybolçusu Fransia Çekson deyib.

Klubunun kapitanının sözlərinə görə, Azərbaycan çempionuna qarşı oyunları alınmayıb: “Komandamız öz oyununu tapa bilmədi və çox təəssüf hissi keçirirəm. Bu çempionatda ən pis oyunumuz oldu. Lakin biz hələ mübarizəni dayandırmamışıq. Komandamızı Braziliyanın “Sollis Nestle” klubu ilə üçüncü yer uğrunda matç gözləyir”.
0