Zoran Qayiç: Komandama inamım çox böyükdür
13.10.2011 - 23:00
Zoran Qayiç: Komandama inamım çox böyükdür
“Biz bilirdik ki, güclüyük. Amma istirahət etmək üçün bir səbəb yox idi”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.

Təcrübəli mütəxəssis klublararası dünya çempionatının yarımfinalında “Mirador” (Dominikan Respublikası) üzərində qazandıqları 3:0 hesablı qələbəyə münasibət bildirib: “Axırıncı hissədə bəzi kiçik səhvləri nəzərə almasaq, komandamın göstərdiyi oyundan çox razı qaldım”.

Serbiyalı çalışdırıcı bu gün keçiriləcək final matçı barədə də fikirlərini açıqlayıb: “Mən həlledici oyunda Türkiyənin “Vakıfbank Günəş TTelekom” klubu ilə görüşün necə nəticələnəcəyi barədə nəsə deyə bilmərəm. Bunu yalnlz Allah bilir. Lakin onu deyə bilərəm ki, rəqib çox güclüdür və təcrübəli məşqçiləri var. Bununla yanaşı, onlar 4 il ərzində dünyanın ən yaxşı komandalarından birinə çevrilib. Mən isə bir neçə həftədir ki, klubla birgə çalışıram. Amma buna baxmayaraq, voleybolçularımın uğuruna inamım çox böyükdür”.
0