Uilson Sançez: “Rabitə” finalda oynamağa layiqdir
13.10.2011 - 23:10
Uilson Sançez: “Rabitə” finalda oynamağa layiqdir
“Rabitə” çox gözəl oynadı və onlar finalda mübarizə aparmağa layiqdirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Mirador” (Dominikan Respublikası) voleybol klubunun baş məşqçisi Uilson Sançez deyib.

O, Dohada təşkil edilən klublararası dünya çempionatının yarımfinalında Bakının “Rabitə” komandasına 0:3 hesabı ilə məğlubiyyətdə yetirmələrini günahlandırıb. Sançez bildirib ki, Azərbaycan çempionu ilə Türkiyənin “Vakıfbank Günəş TTelekom” klubları arasında baş tutacaq final çox maraqlı olacaq: “Biz bu gün çox möhtəşəm bir oyunu izləyəcəyik. Hər 2 komanda çox güclüdür və mən çempion hansının olacağını deyə bilmərəm. Əsası odur ki, biz “Rabitə”yə qarşı çox pis oynadıq. Bundan nəticə çıxararaq, üçüncü yer uğrunda görüşdə qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, dünya çempionatında final görüşü və üçüncü yer uğrunda matçlar bu gün keçiriləcək.
0