Rəqibimizdən “Qalatasaray”a dərs
14.10.2011 - 09:27
Rəqibimizdən “Qalatasaray”a dərs
Bakının “Rabitə” voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsində rəqibi olan “Fənərbaxaça” Türkiyə çempionatına qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər” ilk derbidə “Qalatasaray”dan üstün olublar.

Onlar rəqiblərini 3:1 (25:23, 22:25, 25:16, 25:16) hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Çempionlar Liqasının B qrupunda “Rabitə” və “Fənərbaxça” ilə yanaşı, “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) klubları da mübarizə aparacaqlar.
0