Natalya Məmmədova: Rəqibə müdafiə və hücumda gücümüzü göstərdik
14.10.2011 - 20:59
Natalya Məmmədova: Rəqibə müdafiə və hücumda gücümüzü göstərdik
“Biz belə bir möhtəşəm yarışın çempionu olduğumuz üçün çox xoşbəxtik”. Apasport.az saytının məlumatına görə, bunu Qətərdə keçirilən klublararası dünya çempionatının qızıl medalını qazanan “Rabitə” voleybol komandasını kapitanı Natalya Məmmədova deyib.

O bildirib ki, finalda layiq olduqları qələbəni qazanıblar: “Vakıfbank Günəş TTelekom”la oyun üçün çox yaxşı hazırlaşmışdıq. Taktiki olaraq, əla oynadıq. Rəqibə müdafiə və hücumda gücümüzü göstərdik. Düzdür, 4 görüş dalbadal keçirmək bir qədər çətin idi. Lakin arzuladığımız dünya çempionluğunu qazandıq. Buna görə inanırıq ki, təşkilatçılar növbəti mündialda bizi turnirə dəvət edəcəklər”.

Qeyd edək ki, Azərbaycan çempionu həlledici matçda 3:0 hesablı qələbə qazanıb.
0