Türkiyə çempionu komandamızı təriflədi
14.10.2011 - 23:04
Türkiyə çempionu komandamızı təriflədi
“Mən nə deyə bilərəm? Bu gün yaxşı bir oyun göstərmədik və hesaba görə də özümü çox pis hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank Günəş TTelekom” komandasının voleybolçusu Gözdə Sonsırma deyib.

Qətərdə keçirilən klublararası dünya çempionatının finalında Bakının “Rabitə” komandası qonşu ölkə təmsilçisinə 3:0 hesabı ilə qalib gələrək, qızıl medala yiyələnib. Azərbaycan çempionu bununla həm də, “Vakıfbank Günəş TTelekom”dan Çempionlar Liqasının həlledici görüşündəki eyni hesablı məğlubiyyətin revanşını alıb.

Türkiyə çempionunun kapitanı bildirib ki, qələbə qazana bilməmələrində yorğunluq mühüm rol oynayıb: “Sözün düzü, bizə nə oldu özüm də bilmirəm. Bəlkə də çox yorğunuq. Çünki klubumuzun heyətində 7 voleybolçu yenicə başa çatan Avropa çempionatının finalından sonra düşərgəyə qoşulub. Buna baxmayaraq, “Rabitə”ni dünya çempionu olmaları münasibəti ilə təbrik edirəm. Onlar möhtəşəm oyun nümayiş sərgilədi”.
0