“Bu gün qarşımıza çox güclü və möhtəşəm klub çıxmışdı”
14.10.2011 - 23:08
“Bu gün qarşımıza çox güclü və möhtəşəm klub çıxmışdı”
“Mən oyuna münasibət bildirməzdən öncə “Rabitə”ni təbrik etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Vakıfbank Günəş TTelekom” voleybol klubunun baş məşqçisi Covanni Qidetti deyib.

İtaliyalı çalışdırıcı Qətərdə başa çatan klublararası dünya çempionatının finalında “Rabitə”yə 0:3 hesablı məğlubiyyətə münasibət bildirib: “Mən yetirmələrimi günahlandıra və onlara əsəbiləşə bilmərəm. Çünki mundialdan öncə yalnız bir dəfə hazırlıq üçün toplaşmışıq. Komandam oyunlara hazır deyildi. Düzdür, əvvəlki matçlarda zəif rəqiblərə qarşı oynadıq və bu çox asan qələbəmizlə yekunlaşdı. Bu gün isə qarşımıza çox güclü və möhtəşəm klub çıxmışdı. Oyun da bu səbəbdən yetirmələrim üçün çətin keçdi. Amma növbəti mövsüm yenidən ən güclü olaraq, dünya çempionatına qatılmağa çalışacağıq və onda nəyə qadir olduğumuzu hamı görəcək”.
0