“Rabitə” klubunun 2 voleybolçusu dünyanın rəmzi yığmasında
14.10.2011 - 23:02
“Rabitə” klubunun 2 voleybolçusu dünyanın rəmzi yığmasında
Qətərin paytaxtı Dohada başa çatan qadın voleybolçular arasında klublararası dünya çempionatının simvolik yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının “Rabitə” klubunun qələbəsi ilə yekunlaşan mundialın 5 nominasiyasında 2 voleybolçumuz dünyanın ən yaxşısı adını qazanıb.

Belə ki, Azərbaycan çempionunun bu mövsüm transfer etdiyi xorvatiyalı Nataşa Osmokroviç çempionatın ən dəyərli oyunçusu (MVP) seçilib. O, həmçinin ən çox xal toplayan, ən yaxşı hücumçu və ən yaxşı topqəbuledici nominasiyalarında bütün rəqiblərindən güclü olub.

“Rabitə”nin digər üzvü İrina Jukova ən yaxşı toppaylayıcı nominasiyasında fərqlənib. “Sollis Nestle”dan Adeniza da Silva ən yaxşı blokçu, “Vakıfbank Günəş TTelekom” üzvləri - Bahar Toksoy topu oyuna ən yaxşı daxil edən voleybolçu, Gizəm Güresen isə ən yaxşı libero seçilib.
0