“Trentino” Azərbaycan çempionunun yolu ilə getdi
15.10.2011 - 09:38
“Trentino”  Azərbaycan çempionunun yolu ilə getdi
Qətərin paytaxtı Dohada keçirilən kişi voleybolçular arasında klublararası dünya çempionatının da qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 8 komandanın iştirakı ilə keçirilən mundialın qalibi adını İtaliya “Trentino”su qazanıb.

Onlar finalda Polşanın “Yastrebski” klubunu 3:1 hesabı ilə məğlub etməklə ardıcıl 3-cü dəfə dünyanın ən güclüsü olublar.

Yarışın bürünc mükafatına Rusiya “Zenit”i yiyələnib.

Qeyd edək ki, qadınlar arasında keçirilən analoji yarışda Azərbaycan çempionu “Rabitə” dünya çempionluğunu bayram edib.
0