Nataşa Osmokroviç “Fənərbaxça”nın voleybolçularını arxada qoydu
15.10.2011 - 10:12
Nataşa Osmokroviç “Fənərbaxça”nın voleybolçularını arxada qoydu
Qətərin paytaxtı Dohada başa çatan klublararası dünya çempionatı “Rabitə”nin voleybolçusu Nataşa Osmokroviç üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, xorvatiyalı legionerimiz mundiallar tarixində ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belə ki, paytaxt komandası ilə dünya çempionu adını qazanan və 4 nominasiyada qalib olan Osmokroviç Qətərdə öz titulunu qorumağı bacarıb. O, ilk dəfə bu uğura ötən il Türkiyənin “Fənərbaxça” klubu ilə sevinmişdi.

Qeyd edək ki, Nataşa ilə birgə “sarı-lacivərdli” formanı geyinmiş və 1 il öncə çempion tituluna yiyələnmiş Kristian Fürst və Songül Gürsoytrak finalda bu dəfə “Vakıfbank Günəş TTelekom”un şərəfini qoruyublar. Lakin onların komandası “Rabitə”yə 0:3 hesabı ilə uduzduğundan gümüş medalla kifayətlənib.
0