Azərbaycan dünyada 4-cü yerə yüksəldi
15.10.2011 - 12:33
Azərbaycan dünyada 4-cü yerə yüksəldi
Azərbaycan qadın voleybol klubları arasında dünya çempionatlarında qızıl medal qazanan 4-cü ölkə olub. Apasport.az saytının məlumatına görə, bu uğura Bakının “Rabitə” komandası imza atıb.

Voleybolçularımız Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının finalında “Vakıfbank Günəş TTelekom”a 3:0 hesabı ilə qalib gəlməklə, adlarını tarixə yazdırıblar. Onlar indiyə kimi baş tutan analoji yarışda çempion adını qazanan 5-ci komanda olublar.

Lakin qızıl medallardan 2-sinin sahibi (“Sadia”, “Leyte Moça Sorokaba”) Braziliya olduğundan “Rabitə” fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Azərbaycanı 4-cü edib.

Qeyd edək ki, digər çempionlar İtaliyanın “Ravenna” və Türkiyənin “Fənərbaxça” klublarıdır.

 ÖlkəQızılGümüşBürüncCəmi
1Braziliya2327
2İtaliya1113
3Türkiyə1102
4Azərbaycan1001
5–6Xorvatiya0011
Rusiya0011
Cəmi55515
0