“Mən Bakı klubunun cəlbedici təklifinə “yox” deyə bilməzdim”
15.10.2011 - 13:49
“Mən Bakı klubunun cəlbedici təklifinə “yox” deyə bilməzdim”
“Bu şans məni çox ruhlandırıb”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Lokomotiv” voleybol klubunun yeni transferi Qaido Lusia deyib.

Argentinalı libero ölkəsində verdiyi müsahibəsində paytaxt klubuna keçidinə münasibət bildirib. 23 yaşlı Lusia bildirib ki, təklif cəlbedici olub: “Mən belə bir təklifə “yox” deyə bilməzdim. Çünki mövqeyimdə kifayət qədər voleybolçu var. Mən Azərbaycanda amerikalı məşhur Nikol Devisin yerinə transfer edilmişəm. Onun olmamağını hiss etdirməyəcəyimə inanıram”.

Qeyd edək ki, Devis yeni mövsümdə İtaliyanın “Pyaçentsa” klubunun şərəfini qoruyacaq.
0