Yığmamızın üzvü A seriyasında növbəti oyunu keçirib - FOTOSESSİYA
17.10.2011 - 11:03
Yığmamızın üzvü A seriyasında növbəti oyunu keçirib - FOTOSESSİYA
Azərbaycan yığmasının voleybolçusu Kseniya Kovalenko “Kariparma Siqrade”da növbəti oyunu keçirib. Apasport.az saytının məlumatına görə, həmyerlimizin klubu A seriyasının ilk turunda olduğu kimi, bu dəfə də məğlubiyyət acısı yaşayıb.

“Yamamay”ın qonağı olan “Kariparma Siqrade” 0:3 (25:21, 25:21, 25:21) hesabı ilə uduzub. Kovalenko məğlubiyyətə baxmayaraq, yenə komandanın ən yaxşılarından olub. O, “Kariparma Siqrade”ya 8 xal qazandırıb.

Qeyd edək ki, ilk turda “Urbino” Parma təmsilçisinə 3:1 hesabı ilə qalib gəlmişdi.
0