Azərbaycan çempionatında klubların sayı artdı – EKSKLÜZİV
17.10.2011 - 14:31
Azərbaycan çempionatında klubların sayı artdı – EKSKLÜZİV
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2011/2012-ci illər mövsümünün əsasnaməsi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə ölkə çempionatında 6 deyil, 7 komanda mübarizə aparacaq.

Belə ki, “Şirvan”ın dağılmasından sonra 5 klub – “Rabitə”, “Azərreyl”, “İqtisadçı”, “Lokomotiv” və “Bakı” qalsa da, onların siyahısına daha 2 komanda əlavə edilib. Bunlar hər ikisi paytaxtı təmsil edəcək. Onlardan birinin adının “Azəryolservis” olacağı dəqiqləşsə də, digərinin adına tam aydınlıq gəlməyib və hələlik “Lokomotiv-2” adlanır.

Artıq bu klublardan hər ikisinin baş məşqçi də müəyyənləşib. “Azəryolservis” “Lokomotiv”in sabiq baş məşqçisi Aleksandr Çervyakova həvalə edib. “Lokomotiv-2”ni isə ukraynalı mütəxəssislər çalışdıracaq. Debütant ata və oğul - İqorla Dmitri Filştinski tapşırılıb.
0