Kseniya Kovalenko: Mən burda qorxulu bir şey görmürəm
17.10.2011 - 15:57
Kseniya Kovalenko: Mən burda qorxulu bir şey görmürəm
“Çempionata uğurla başlaya bilmədik. Amma mən burada qorxulu bir şey görmürəm. Mübarizə hələ qabaqdadır”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın və İtaliyanın “Kariparma” klubunun voleybolçusu Kseniya Kovalenko deyib.

Voleybolçumuzun komandası A seriyasının II turunda “Yamamay”ın qonağı olub. 0:3 hesabı ilə uduzduqları oyun barədə fikirlərini açıqlayan Kovalenko bildirib ki, matç boyu bərabər mübarizə aparsalar da, yekunda seti uğurla bitirə bilmirlər: “Deməzdim ki, heyətimiz zəifdir. Sadəcə, sonu məntiqlə tamamlamağı bacarmırıq. Eynilə yığmamızda olduğu kimi”.

Kovalenko, həmçinin bildirib ki, yeni komandasına özünü çox yaxşı hiss edir: “Kollektiv ürəyimcədir. Yaxşı voleybolçularımız var. Daim meydana çıxıram. Hər hey qaydasındadır. Baş məşqçimiz də gözəl insandır. Düzü, bura mənim çox xoşuma gəlir”.

Voleybolçu Azərbaycan Super Liqası ilə A Seriyasını da müqayisə edib: “Azərbaycan çempionatındakı komandalar çox güclüdürlər. Amma hər halda, İtaliyada sistem başqadır”.

KAMRAN
0