“Rabitə”yə uduzub, özünə gələ bilmir
18.10.2011 - 14:32
“Rabitə”yə uduzub, özünə gələ bilmir
Azərbaycan çempion “Rabitə”nin klublararası dünya çempionatının finalında 3:0 hesabı ilə məğlub etdiyi “Vakıfbank Günəş TTelekom” özünə gələ bilmir. Apasport.az saytının məlumatına görə, Qətərin paytaxtı Dohada keçirilən mundialda arzuladığı qızıl medalları qazana bilməyən Çempionlar Liqasının qalibi Türkiyə Super Liqasında da eyni aqibəti yaşayıb.

Onları Çempionlar Liqasında “Rabitə” voleybol klubu ilə eyni qrupda yer alan Türkiyənin “Fənərbaxça” komandası məğlub edib. İlk setdə 25:19 hesabı ilə qələbə qazanan “sarı-lacivərdlilər” növbəti hissədə 25:21 hesabı ilə rəqiblərini məğlub ediblər. Üçüncü setdə isə 25:20 hesabı qeydə alınıb.
0