“Rabitə”yə 500 min manat ayrıldı
19.10.2011 - 00:06
“Rabitə”yə 500 min manat ayrıldı
Prezident İlham Əliyev “Rabitə” voleybol klubunun mükafatlandırılması haqqında sərəncam imzalayıb.Apasport.az saytının xəbərinə görə, “Rabitə” voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olub. Sərəncama əsasən, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Rabitə” voleybol klubuna 500 (beş yüz) min manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
0