Azərbaycan yığmasının heyəti açıqlandı
19.10.2011 - 23:00
Azərbaycan yığmasının heyəti açıqlandı
Noyabrın 8-13-də Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Faiq Qarayev Bolqarıstan, Çexiya, Ukrayna, Danimarka və Macarıstanla oyunlarda güvənəcəyi voleybolçuların adlarını açıqlayıb.
O, Avropa çempionatının final mərhələsində çıxış edən voleybolçuların hamısına yenidən dəvət göndərib.

Qeyd edək ki, 6 yığmanın iştirakı ilə baş tutacaq yarışda yalnız 1 komanda mərhələ adlayacaq.

          Oyunçular Təvəllüdü  MövqeyiBoyuÇəkisi
1Dərya Zamanova 30/04/1987 Hücumçu194 sm 78 kq
2Kseniya Kovalenko 21/11/1986 Blok qurucu190 sm81 kq
4Oksana Parxomenko 28/07/1984 Oyun qurucu184 sm75 kq
5Odina Əliyeva 22/05/1990 Hücumçu182 sm78 kq
7Yelena Parxomenko 11/09/1982 Blok qurucu186 sm68 kq
8  Natavan Qasımova 08/07/1985 Oyun qurucu176 sm63 kq
9Natalya Məmmədova 02/12/1984 Hücumçu195 sm79 kq
10Oksana Məmmədyarova 06/04/1978 Hücumçu178 sm66 kq
12Valeriya Korotenko 29/01/1984 Libero171 sm62 kq
15Aynur Kərimova 07/12/1988 Blok qurucu189 sm68 kq
16Oksana Kiselyova 30/05/1992 Top qəbuledici178 sm66 kq
17Polina Rəhimova 05/06/1990 Hücumçu198 sm78 kq
0