Türkiyəli voleybolçu “Rabitə”dən getdi
19.10.2011 - 20:15
Türkiyəli voleybolçu “Rabitə”dən getdi
“Rabitə” ilə Dohada keçirilən dünya çempionatında qızıl medallara sahib olan Türkiyə millisinin sabiq voleybolçusu Pelin Çelik Azərbaycandan ayrılır. Apasport.az saytının məlumatına görə, buna səbəb onun paytaxt klubu ilə razılaşmasının başa çatmasıdır.

Belə ki, avqustda “Rabitə” ilə 2 aylıq anlaşan Çelikin artıq müqaviləsi yekunlaşıb. Bunun üçün də təcrübəli voleybolçu klubla vidalaşaraq, sabah vətəninə yola düşəcək.

Qeyd edək ki, Pelin Ankaraya azad agent kimi gedəcək və onun yenidən Azərbaycanın digər klublarında forma geyinməsi mümkündür.
0