Azarkeşlər soyunub, təqvim buraxdılar - FOTOSESSİYA
20.10.2011 - 12:19
Azarkeşlər soyunub, təqvim buraxdılar - FOTOSESSİYA
Polşanın “Qutnik” komandasının fanatlarını diqqət mərkəzinə düşüblər. Apasport.az saytının məlumatına görə, 4-cü divizionunda mübarizə aparan Krakov təmsilçisinin qadın fanatları azarkeşlik etdikləri klubu maddi çətinlikdən çıxarmaq üçün soyunublar.

2010-cu ildə maliyyə böhranı ilə üzləşən və son anda tarixdən silinmək təhlükəsindən yaxa qurtaran “Qutnik” yenidən çətin günlərini yaşayır. Lakin bu dəfə onların əhəmiyyətli dəstəkçiləri peyda olub. Klubun qadın tərəfdarları soyunaraq, təqvim buraxıblar.

Komandanın mətbuat katibi isə bu aksiyanın düzgün addım olduğunu bildirib: “Qadın azarkeşlərimiz belə bir hərəkətlə diqqət mərkəzinə düşdülər. Lakin indi kişi fanatlarımızın bu təqvimi almalı və bir qədər pul qazanmaq imkanımız artmalıdır. Soyunan qadınlar həqiqət səmimi azarkeşlərdir. Əyinlərində paltar olarkən və ya lüt görünərkən çox gözəldirlər”.
0