Azərbaycan çempionatının mükafatçıları yoldaşlıq görüşü keçirəcəklər
20.10.2011 - 18:00
Azərbaycan çempionatının mükafatçıları yoldaşlıq görüşü keçirəcəklər
Bakının “Rabitə” və “İqtisadçı” voleybol klubları yoldaşlıq görüşü keçirəcəklər. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasına və CEV kubokuna hazırlaşan komandalar oktyabrın 22-də güclərini yoxlayacaqlar.

Matçda hər “Rabitə” və “İqtisadçı” tam heyətlə oynaya bilməyəcəklər. Buna səbəb klubların voleybolçularının bəzilərinin yığmalarının düşərgəsinə yollanmasıdır.

Qeyd edək ki, Super Liqanın son mövsümündə “Rabitə” birinci, “İqtisadçı” isə üçüncü olmuşdu.
0