Rumıniya – Portuqaliya matçında azərbaycanlı hakim
20.10.2011 - 23:06
Rumıniya – Portuqaliya matçında azərbaycanlı hakim
Ölkəmizin tanınmış həndbol hakimi İsgəndər Əsgərov qadınlar arasında Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Rumıniya – Portuqaliya matçında EHF nümayəndəsi olub. Bu barədə məlumatı apasport.az saytına Əsgərovun özü verib. Həmin görüşdə ev sahibələri 35:24 hesablı qələbə qazanıblar.
0