Rəqiblərimiz turu qələbə ilə başa vurdular
21.10.2011 - 08:50
Rəqiblərimiz turu qələbə ilə başa vurdular
Bakının “Rabitə” və “Azərreyl” voleybol klublarının Çempionlar Liqasındakı rəqibləri növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun rəqibi “Fənərbaxça” Türkiyə Super Liqasında oynadığı üçüncü matçını da qələbə ilə başa vurub. “Sarı-lacivərdlilər” bu dəfə “Əczaçıbaşı”nı 3:0 (25:20, 25:18, 25:8) hesabı ilə məğlub ediblər.

“Azərreyl”lə eyni qrupda yer alan “Vakıfbank Günəş TTelekom” da “Rabitə”yə dünya çempionatının finalında uduzduqdan sonra özünə gəlib. Onlar bir tur öncə “Fənərbaxça” ilə dueldən məğlub ayrılsalar da, “Ankaragücü”nə 3:0 (25:17, 25:9, 25:20) hesabı ilə qalib gəliblər.
0