Avrokuboklardakı təmsilçilərimizdən heç-heçə
21.10.2011 - 09:58
Avrokuboklardakı təmsilçilərimizdən heç-heçə
CEV kubokunda debüt edəcək Bakının “İqtisadçı” voleybol klubu 2 yoxlama görüşündə qüvvəsi sınayıb. Apasport.az saytının məlumatına görə, Emanuele Sbanonun yetirmələri “Çelenc Cup”da mübarizə aparan “Bakı” ilə güclərini yoxlayıblar.

İlk matçda 1:3 hesabı ilə uduzan Azərbaycan Super Liqasının bürünc mükafatçısı ardınca eyni hesabla qələbə qazanıb.

Qeyd edək ki, “İqtisadçı” sabah “Rabitə” ilə yoldaşlıq matçı keçirəcək.
0