“Köhnə qvardiya”dan daha birinə etimad - FOTO
21.10.2011 - 14:09
“Köhnə qvardiya”dan daha birinə etimad - FOTO
Bakının “İqtisadçı” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytına görə, CEV kubokunda debüt edəcək komanda Super Liqada bürünc mükafat qazanmalarında böyük pay sahibi olan Xorvatiya yığmasının voleybolçusu İliyana Duqandziçlə yeni müqavilə imzalayıb.

O, növbəti 1 ildə də “İqtisadçı”nın uğurları üçün çalışacaq. Bununla, komanda yeni mövsüm üçün 11-ci transferini reallaşdırıb. Universitet komandası Duqandziçdən öncə ötən ilki heyətdən Tayyubu Xaneef-Park (ABŞ), Yuko Sano (Yaponiya) və Alisa Blomu (Hollandiya) heyətdə saxlamışdırlar. Alina İlyuta (Belarus), Cennifer Doris (ABŞ), Erika Koimbri, Veronika Brito (hər ikisi Braziliya), Marina Katiç (Xorvatiya), Kristina Pastulova (Çexiya) və Masami Yokoqama (hər ikisi Yaponiya) isə paytaxt təmsilçisinin yeni voleybolçularıdır.

Qeyd edək ki, Duqandziç “İqtisadçı”ya fevralda komandanın sabiq baş məşqçi Jan De Brandtın istəyi ilə transfer edilmişdi.
0