“İqtisadçı”nın CEV kubokunda debüt edəcəyi tarix dəqiqləşdi
21.10.2011 - 23:00
“İqtisadçı”nın CEV kubokunda debüt edəcəyi tarix dəqiqləşdi
CEV kubokunda debüt edəcək Bakının “İqtisadçı” klubunun yarışda mübarizəyə başlayacağı tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “universitet komandası” 1/16 final mərhələsində qarşılaşacağı Rumıniyanın “Dinamo Romprest” klubu ilə ilk matçına noyabrın 29-da çıxacaq.

Komandamız Bakıda keçirəcəyi bu oyundan sonra Buxarestə yollanacaq. Ötən mövsüm “Rabitə”nin hər 2 matçda məğlub etdiyi rumınlarla cavab görüşü isə dekabrın 6-a təsadüf edəcək.

Qeyd edək ki, paytaxt klubu mərhələ adlayacağı halda, “Yamamay” (İtaliya) – “Le Kannet” (Fransa) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
0