Milli komandamızın üzvü evləndi
23.10.2011 - 13:36
Milli komandamızın üzvü evləndi
Dünən voleybolçu qadınlar arasında milli komandamızın üzvü Natəvan Qasımova “Bakı” klubunun vitse-prezidenti Tünc Afşarla ailə həyatı qurdu. Apasport.z az saytının məlumatına görə, Bakı Əyləncə Mərkəzində təşkil edilmiş toy şənliyinə 500 nəfər qatılıb.

Dəvətlilər sırasında ZQAN Holdinq şirkətinin prezidenti Anar Məmmədov, «Acıbadəm» Sağlamlıq Qrupunun başçısı Məhməd Əli Aydınlar və «Bakı» futbol kubunun rəhbəri Hafiz Məmmədov da yer alıblar. Qadınlardan ibarət yığmamızın baş məşqçisi Faiq Qarayev nigah mərasimində xanım idmançıya şahid qismində də iştirak edib.

Bu xoş gündə Natəvanı Azərbaycan millisinin voleybolçuları, komandanın çalışdırıcıları və çıxış «Bakı» voleybol klubunun üzvləri tək qoymayıblar. Bəyə dəstək olanlar sırasında «Bakı» futbol komandasının rəhbərliyi, baş məşqçisi və futbolçular olublar.
0