Azərbaycan yığması Avropa çempionatının autsayderinə də uduzdu
23.10.2011 - 17:20
Azərbaycan yığması Avropa çempionatının autsayderinə də uduzdu
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsində ilk ev matçını keçirib. Apasport.az saytının məlumatına görə, I qrupda yer alan Rəfiqə Şabanovanın yetirmələri Almaniya ilə qarşılaşıb.

İlk oyununda Macarıstan yığmasına səfərdə biabırçı hesabla uduzan (19:41) komandamız ortabab rəqiblə də bacarmayıb. Belə ki, son Avropa çempionatının final mərhələsində mübarizəni qrup sonuncusu kimi dayandıran, ümumilikdə isə 16 komanda arasında 13-cü olan Bundestim də yığmamızdan güclü olub. Artıq ilk hissədə 7:15 hesabı ilə uduzan yığmamız 2-ci hissədə də rəqib qarşısında aciz qalıb – 16:34.
0